fbpx
Xəbərlər

“Psixoloji və media tərəfdən üstümüzə hücumlar gəlir”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bəzi futbolçular sosial şəbəkələrə baxır, təzyiqləri qəbul edə bilmirlər”.

Metbuat.az xəbər verir ki, bunu bunu Azərbaycan millisinin kapitanı Maksim Medvedev Latviyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

Malta ilə oyunda fərqli oyun sistemi ilə çıxış etdik. Bunları lövhədə göstərmək mümkündür, meydanda etmək isə çox çətindir. Çünki hər bir futbolçu həmin situasiyanı dərk etməlidir. Bəzi məqamlarda futbolçular tapşırıqları düzgün yerinə yetirməyəndə xaos yaranır. Heç kim belə olmasını istəmirdi.

İrlandiaya qarşı daha yaxşı hücumlar qururduq. Malta onlardan səviyyəcə aşağı olsa da, biz ikinci nömrə kimi oynayırdıq. Uşaqlar bir-birini başa düşə, uyğunlaşa bilmirdilər. Bəzən meydanda xaos yaranırdı. Psixoloji və media tərəfdən üstümüzə hücumlar gəlir. Bəzi futbolçular sosial şəbəkələrə baxır, təzyiqləri qəbul edə bilmirlər. Rahat çıxsalar, Maltaya 2-3 qol vurarlar. Elə oyunlar olur ki, gah eniş, gah artım olur. 90 dəqiqəni eyni səviyyədə keçirmək lazımdır”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu