Xəbərlər

Putin G20 sammitində iki dəfə çıxış edəcək



Rusiya prezidenti Vladimir Putin G20 sammitində iki dəfə çıxış edəcək.

bey.az xəbər verir ki, bu barədə mətbuat katibi Dmitri Peskov açıqlama verib. Onun sözlərinə görə, Rusiya dövlət başçısı iclasda videobağlantı vasitəsilə iştirak edəcək.

“İclas şənbə və bazar günləri Moskva vaxtı ilə saat 13:00 radələrində başlayacaq. Lakin prezidentin nə vaxt çıxış edəcəyini söyləmək çətindir” mətbuat katibi bildirib.

Rusiya liderinin sözçüsü əlavə edib ki, format həmkarları ilə ikitərəfli görüşləri nəzərdə tutmur.

O aydınlaşdırıb ki, iştirakçılar qlobal iqtisadiyyatın bərpası, rəqəmsal transformasiyanın təmin edilməsi və davamlı inkişaf məqsədlərinin həyata keçirilməsini müzakirə edəcəklər.

Qeyd edək ki, sammit 30-31 oktyabrda Romada baş tutacaq .




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu