Xəbərlər

Putin Rusiyanın NATO-ya qoşulmasını istəyib



1999-2004-cü illər arasında NATO rəhbəri postunu icra edən Böyük Britaniyanın keçmiş Müdafiə naziri Corc Robertson diqqətçəkən açıqlamalar verib.

bey.az-ın xəbərinə görə, o bildirib ki, Rusiya prezidenti Vladimir Putin ilə həyata keçirdiyi ilk toplantılar zamanı Kreml rəhbəri Avropa ilə sıx münasibətlər qurmağa müsbət yanaşıb. Robertsonun sözlərinə görə, Putin hətta NATO-ya qoşulmağa da etiraz etməyib: “Putin bizi nə vaxt NATO-ya qoşulmağa dəvət edəcəksiniz” dedi. Mən də dedim ki, biz dəvət etmirik, ölkələr özləri müraciət edir. Putin isə “bir sıra önəmsiz ölkələrlə eyni sırada gözləmək istəmirik” deyə bildirdi”.

Robertsonun sözlərinə görə, 2004-cü ildə sonra Putin qərbin Rusiyaya qarşı planlarından şübhələnməyə başlayıb. “2004-cü ildə Ukraynadakı etiraz aksiyalarında sonra Moskvada şübhələr yarandı” deyən keçmiş NATO rəhbəri bildirib ki, ardınca NATO-nun qüvvələrini müxtəlif ölkələri yerləşdirməsi, Putini qəzəbləndirib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu