Xəbərlər

Putin strategiyasını dəyişir – Yaxın gələcəkdə Ukraynanı nə gözləyir?

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya Federasiyası Ukraynadakı hərbi strategiyasını dəyişir. Yaxın gələcəkdə Ukraynanın müxtəlif bölgələrinə raket zərbələri endirməyə çalışacaq”.

İlgili Makaleler

BEY.AZ xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Vadim Denisenko məlumat verib.

Denisenkonun sözlərinə görə, martın sonunda işğalçılar Lvov, Dubno və Lutskdakı neft bazalarına hücum ediblər. Bunu nəzərə alaraq, Rusiyanın hərbi əməliyyatlarının strategiyasının dəyişdirdiyini demək olar.

“Təkcə neft anbarları deyil həm də daha çox ərzaq anbarlarına da hücumlar edilir. Əminliklə deyə bilərik ki, bu, taktika deyil, strategiyadır. Bu, ümumilikdə Rusiyanın hərbi əməliyyatlarının strategiyasında dəyişiklikdir”, – deyə nazirin müşaviri bildirib.

Denisenkonun açıqlamasına görə, indi əsas iş həm ərzaq, həm də neft məhsullarının dağılıb məhv olmasının qarşısını almaqdır.

Qeyd edək ki, bundan əvvəl Britaniya kəşfiyyatı məlumat vermişdi ki, Rusiya Hərbi Dəniz Qüvvələri bütün Ukrayna ərazisindəki hədəflərə raket zərbələri endirir. Atışlar əsasən Qara dəniz akvatoriyası istiqamətindən edilir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu