Xəbərlər

Putinin proqnozları ABŞ-ı qorxutdu



ABŞ, YaponiyaHindistan Rusiya prezidenti Vladimir Putinin neftin qiymətinin 100 dollara qədər qalxa biləcəyi ilə bağlı proqnozundan “qorxub”.

bey.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məqalədə deyilir ki, Amerika, Yaponiya və Hindistan rəsmiləri bir-biri ilə təkbətək danışıblar. Onlar digər iri neft istehlakçıları və istehsalçıları ilə də əlaqə saxlayıb. Bu cür danışıqlar təxminən üç həftə əvvəl başlayıb. Onlar neftin bir barelinin qiymətinin 85 dolları ötdüyü son günlərdə daha da intensivləşib.

Qeyd olunur ki, ABŞ, Yaponiya və Hindistan birjada qiymətlərin əhəmiyyətli artımını kompensasiya etmək məqsədi ilə neft tədarükünü artırmaq istəyir və OPEC+ ölkələrinə ciddi təzyiqlər edir.

Oktyabrın ortalarında Vladimir Putin neftin qiymətinin bir barel üçün 100 dollara qədər yüksələ biləcəyini etiraf edib. Onun sözlərinə görə, Rusiya neft hasilatını məhdudlaşdırmağa çalışmır və istəyir ki, qiymətlər “göyə qalxsın”.

Putin hesab edir ki, enerji bazarında bütün hərəkətlər “balanslı” olmalıdır və əlavə edib ki, o, ABŞ prezidenti Co Baydenlə neftin qiymətini müzakirə etməyib, lakin administrasiya səviyyəsində əlaqələr saxlanılır.

O, həmçinin neftin tükənməsi ilə bağlı xəbərdarlıq edib. Putinin sözlərinə görə, dünya bazarında tələbat artdıqda, neft almaq üçün “heç bir yer qalmayacaq”. O vurğulayıb ki, OPEC+ hasilatın həcmini artırır, lakin bütün ölkələr bunu sürətlə edə bilmir.

Dünya Bankı neftin qiymətinin artmasının əsas səbəbi kimi, onun təbii qazın əvəzedicisi kimi istifadə edilməsini göstərib.

Qeyd olunur ki, enerji qiymətləri 2021-ci ilin üçüncü rübündə kəskin artıb və proqnozlara görə 2022-ci ildə də yüksək olaraq qalacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu