Xəbərlər

“Qəbələ” Türkiyədə yoxlama matçı keçirəcək

BEY MEDIA İnformasiya agrnti xəbər verir


Qəbələ”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

BEY.AZ xəbər verir ki,“qırmızı-qaralar” 2021/22 mövsümünün ikinci yarısının hazırlığına yanvarın 6-da start verəcək.

Elmar Baxşıyevin baş məşqçi olduğu komanda bu mərhələdə məşqlərini Bakıda gerçəkləşdirəcək. Bakı toplanışında yoxlama oyununun keçirilməsi nəzərdə tutulmayıb.

“Qəbələ” yanvarın 15-də Türkiyəyə yollanacaq. “Qırmızı-qaralar” Antalyanın Bələk bölgəsindəki “İC Santai” otelində məskunlaşacaq. Ayın 25-dək davam edəcək hazırlıq prosesində 3 yoxlama matçı baş tutacaq. Bu qarşılaşmalar yanvarın 17-də, 20-də və 24-də keçiriləcək.

Komandanın üz-üzə gələcəyi rəqiblər hələlik dəqiqləşməyib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu