Xəbərlər

Qəbul imtahanında toplanılan balın minimal həddi bilindi


Birinci tədris ilinin ilk semestri üçün tələbələrin standart təhsil tələbə kreditləri (TTK) almaq hüququ olan tələbənin qəbul imtahanında topladığı ümumi balın minimal həddi məlum olub.

BEY.AZ xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Təhsil Tələbə Fondunun himayəçilik şurası tərəfindən verilən qərara görə, bakalavriat səviyyəsi üçün 300-700 bal aralığında, magistratura səviyyəsi üçün 50-100 bal aralığı, subbakalvriyat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit ala bilərlər.

İdris İsayevin sözlərinə görə, standart kreditlər illik təhsil haqqının 20 %-ni ödəyən tələbələrə veriləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu