Xəbərlər

Qəzadan 15 dəqiqə əvvəl… – FOTOLAR


Xəbər verdiyimiz kimi, bu gün Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində hərbi qulluqçularımız həlak olub.

BEY.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, həlak olanlardan biri də mayor Əliyev Emil Elman oğludur.

O, hadisədən 15 dəqiqə əvvəl helikopterdə çəkilmiş fotolarını yaxın qohumuna göndərib, təlimdə olduğunu bildirib. E.Əliyev uçuşun idarəedilməsi məntəqəsinin rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb. (“Qafqazinfo”)






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu