Xəbərlər

Qarabağ müharibəsindən bəhs edən bədii film çəkilir



İkinci Qarabağ müharibəsindəki qələbənin ildönümü münasibətilə “Köhnə çamadanlar” adlı yeni ekran əsəri lentə alınır.

Bu barədə bey.az-a filmin redaktoru Həmidə Rüstəmova məlumat verib.

Film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “OYUN” inklüziv teatrının birgə layihəsidir.

Müharibə və qadınlar mövzusunun ana xətt olaraq keçdiyi tam metrajlı bədii filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, təsvir rejissoru Şahmar Qəhrəmanov, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, prodüseri Tahir Tahiroviçdir.

Layihənin rəhbəri Pərvinə İsmayılovadır.

Real hadisələr əsasında çəkilən filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı iz buraxdığı insanlardır. Film vasitəsilə döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görmək mümkün olacaq.

Süjetdə əsas etibarilə bu qadınların həyatının müəyyən dövrünü əhatə edən epizodlar öz əksini tapır. Ekran işi Birinci və İkinci Qarabağ müharibəsindəki hadisələri birləşdirən əsas xətt üzərində qurulub. Müharibə, onun insan psixologiyasında buraxdığı izlər və savaşdan çıxmış insanların həyata müqaviməti, müharibənin buraxdığı izlərlə mübarizəsi ön planda görünür.

Artıq əsas çəkilişləri başa çatan ekran işində peşəkar aktyorlarla yanaşı hər iki müharibənin canlı iştirakçıları, həmçinin sağlamlıq imkanları məhdud həvəskar aktyorlar da rol alırlar.

Psixoloji dramda əsas rolları Xalq artistləri Məmmədsəfa Qasımov, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Qızılgül Quliyeva, Şəfəq Əliyeva, Zemfira Əbdüsəmədova, Nəsibə Eldarova, aktyorlar Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Rada Nəsibova, Türkay Cəfərli, Rəhim Rəhimov, Elmira Hüseynova, Səriyyə Mansurova, Aygün Fətullayeva, Oksana Rəsulova, Zarina Qurbanova, Cavanşir Məhərrəmov, Namiq Ağayev, Vüqar Hacıyev və başqaları ifa edirlər.

“Oyuq” teatr-studiyası yetirmələrinin də rol aldığı böyük heyətli filmin əsas kadrları Bakı, Astara, LənkəranXızıda lentə alınıb.

Film ilin sonunadək tamaşaçıların ixtiyarına veriləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu