Xəbərlər

“Qarabağ”ın qış hazırlıq planı bəlli olub

BEY MEDIA İnformasiya agrnti xəbər verir


“Qarabağ” klubunun qış hazırlıq planı müəyyənləşib.

Ağdam təmsilçisinin Mətbuat Xidmətindən BEY.AZ-a verilən məlumata görə, komanda yanvarın 5-i Bakıda məşqləri bərpa edəcək.

Hazırlığın 2-ci mərhələsi Türkiyənin Antalya şəhərində baş tutacaq. Ayın 12-də qonşu ölkəyə yollanacaq “köhlən atlar” “Gloria Sports Arena”da məskunlaşacaq. “Qarabağ” yanvarın 14-ü “Qaz Metan” (Rumıniya), yanvarın 21-i “Şlyonsk Vroçlav” (Polşa), yanvarın 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə üz-üzə gələcək.

Yanvarın 21-i və 25-i daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın “Batska Topola” və Slovakiyanın “Tatran” klubları ilə üz-üzə gələcək. Bu iki oyunda əsasən, gənc futbolçulara şans veriləcək.

Komandanın Antalya toplanışı yanvarın 26-da başa çatacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu