Xəbərlər

“Qarabağ”ın rəqibinin qolu həftənin ən yaxşısı seçildi VİDEO / YENİLƏNİB


Konfrans Liqasında həftənin qolu müəyyənləşib.

BEY.AZ xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə görə, ən yaxşı qolun müəllifi adına Jordi Qomes layiq görülüb. Kiprin “Omoniya” klubunun futbolçusu Bakıda “Qarabağ”ın qapısına yol tapıb. O, görüşün 90-cı dəqiqəsində 56 metrdən qapını dəqiq nişan alıb. Şahruddin Məhəmmədəliyevin qapısını tərk etdiyi görən Jordi bu qolla komandasına bir xal qazandırıb.

Qeyd edək ki, “Qarabağ” – “Omoniya” matçında məhsuldar heç-heçə qeydə alınıb – 2:2.

09:33

UEFA Konfrans Liqasında qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.

BEY.AZ xəbər verir ki, Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçə edən Kiprin “Omoniya” klubunun futbolçusu Jordi Qomesin də uzaq məsafədən dəqiq zərbəsi namizədlər siyahısında göstərilib.

36 yaşlı yarımmüdafiəçi 90-cı dəqiqədə bərabərlik qoluna imza atıb.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu