Xəbərlər

Qazaxda toy qaydalarını pozanlar cərimələndi



Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Qazaxbəyli, Yuxarı Salahlı və Daş Salahlı kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, ev sahibləri 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil ediblər.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu