Xəbərlər

“Qış tətili dövründə tələbələrin köçürülməsi həyata keçirilməyəcək”

BEY MEDIA İnformasiya agenti xəbər verir


Tələbələrin köçürülməsi ilə bağlı yenilik edilib.

Bu barədə BEY.AZ-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin köçürülməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması məsələlərinə mövcud qanunvericiliyə əsasən, qış və yay tətili müddətlərində baxılır.

2021-2022-ci tədris ili iki həftə gec (29.09.2021) başladığından tədris materiallarının mənimsənilməsi və imtahan sessiyasının təşkili, eləcə də bununla bağlı sənədləşmə işləri əlavə vaxt tələb edir. Bununla əlaqədar, 2021-2022-ci tədris ilinin ikinci semestrində tələbələrin tədris müddətində gecikmələrin olmaması məqsədilə, qış tətili dövründə transfer.edu.az portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi həyata keçirilməyəcək.

Cari tədris ilinin qış tətili dövründə tələbələrin bərpası və akademik məzuniyyətdən qayıtması məsələlərinə ənənəvi qaydada baxılacaq. Eyni zamanda, köçürülmə və bərpa proseslərinin sadələşdirilməsi istiqamətində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülməkdədir.

Qeyd edək ki, tələbələrin respublika daxilində və xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülməsi və tələbələr sırasına bərpası məsələlərinə növbəti dəfə 2021-2022-ci tədris ilinin yay tətili müddətində baxılması nəzərdə tutulur.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu