Xəbərlər

“Qohumuq, bir sinifdə oxumuşuq, oğlumun atasıdır”


“Elə şeylər var ki, mən onu danışmaq istəmirəm. Bizim onunla əlaqəmiz var, bir kənddənik, qohumuq, bir sinifdə oxumuşuq. Oğlumun atasıdır”.

BEY.AZ xəbər verir ki, bu sözləri “MTV Azərbaycan” telekanalında yayımlanan “Üzə-düz” verilişinə qonaq olan müğənni Gülyaz Məmmədova deyib. İfaçı verilişdə bir çox məqamlara aydınlıq gətirib. O, keçmiş həyat yoldaşından, onunla olan münasibətindən danışıb:

“Heç bir qadın boşanmaq istəməzdi. Sadəcə keçmiş həyat yoldaşım uzaq ölkədə yaşayırdı. Xarakterimiz uyğun olub da, olmayıb da. Elə şeylər var ki, mən onu danışmaq istəmirəm. Bizim onunla əlaqəmiz var, bir kənddənik, qohumuq, bir sinifdə oxumuşuq. Oğlumun atasıdır. Mən ona xoşbəxtlik arzulayıram. O xoşbəxt olsa, mən sevinərəm ki, onun ailə, övladları var. Kiminsə qəminə sevinmirəm. Düzdür, insanlar daha çox başqasının həyatını müzakirə edirlər amma qoy etsinlər. Yenə də yarıda qalacaq onsuz da. Danışanlar həmişə danışacaqlar elə şeylərə məhəl qoymamaq lazımdır. Insan sevəndə peşman olmur, əksinə, o insanın hər xasiyyətini qəbul edir. Kənar fikirlər də təsir etmir. Mən ikinci dəfə ailə qurmadım. Heç kimə görə yox… Bu Allahın işidir. Allah bir anda insanın taleyini elə dəyişər ki… Getmirəm dediyin anda gedərsən. Allahın mənə yazısı nə olubsa, o da olacaq. Heç vaxt “heç vaxt” demirəm! ”

İfaçı sənət yoldaşlarının bir-birinə olan qısqanclığını qınayıb:

“Sənət yolunda çox qısqanclıqlar, yolumu kəsmələr gördüm. Musiqiçim gəlib çıxmayıb, o vəziyyətdən daha da yaxşı çıxmışam. Nəsə baş verməyəndə xeyrə yozmuşam. Hər işdə bir xeyir var. Küsülü qalmağı sevmirəm, amma bağışlamadığım insanlar da var. Mən etdiyim yaxşılıqları unuduram, amma mənə kimsə pislik etsin a, məndən aslı deyil, unutmuram. Insanların bir-birini qısqanmalarını, paxıllıqlarını xoşlamıram. Heç kim heç kimdən artıq deyil. Əvvəllər sənət insanlarına ulduz kimi baxırdılar. Indi adiləşdi. Adiləşdirən də sənət adamları özləridir. Özləri özlərini gözdən salırlar. Çıxıb mediada sənət yoldaşının arxasınca danışanda düşünmürsənmi ki, sən öz sənət yoldaşını təhqir edirsən?! Öz sənətini gözdən salırsan! Olmaz. Adi tamaşaçılar bəs bizə necə yanaşsın? Deyəcəklər ki, bunlar bir-birini qırırlar ki! Keçmişdə yox idi bunlar. Olub e, içlərində sadəcə. Tərbiyəsi olub. Indi hər şey açıq-aşkar. O sənət yoldaşlarımı çox qınayıram!”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu