Xəbərlər

Qrızlov Belarusa səfir göndərilir


“Vahid Rusiya” Ali Şurasının sədri və Rusiyanın Ukraynada vəziyyətin nizamlanması üzrə təmas qrupundakı səlahiyyətli nümayəndəsi Boris Qrızlov Belarusa səfir təyin ediləcək.

BEY.AZ xəbər verir ki, bu barədə “Znak” Dövlət Dumasındakı mənbəyə istinadən məlumat yayıb.

“Qrızlov siyasi ağır çəkili, nüfuzlu bir adamdır, prezident ona güvənir. Ona görə də onun təyinatı Rusiya ilə Belarus arasında əməkdaşlığın vacibliyini nümayiş etdirir, ölkələrimiz arasında daha da yaxınlaşmanı göstərir”, – deyə məlumatda bildirilir.

Mənbə bildirib ki, Qrızlovun Belarusa yeni səfir təyin edilməsi İttifaq dövlətinin vahid parlamentinin yaradılmasından xəbər verir.

Daha sonra Qrızlovun mümkün təyinatı ilə bağlı məlumatı “İnterfaks” agentliyinə Dövlət Dumasındakı mənbə də təsdiqləyib.

“Boris Qrızlovun Rusiyanın Belarusdakı səfiri vəzifəsinə namizədliyi artıq MDB işləri üzrə profil komitəsi tərəfindən təsdiqlənib”, – məlumatda deyilir.

Boris Qrızlov 2001-2003-cü illərdə Rusiyanın xarici işlər naziri postunu tutub, bundan sonra IV və V çağırışlarda Rusiya Dövlət Dumasının sədri, 2011-2016-cı illərdə isə Rusiya Təhlükəsizlik Şurasının üzvü olub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu