Xəbərlər

Qurbanov baş məşqçi kimi ən çox bu komanda ilə yubiley qələbəsi qazanıb



“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasında 350-ci qələbəyə sevinib.

bey.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqada IX turun “Neftçi” ilə ev oyununa təsadüf edib.

Baş məşqçi karyerasına “Neftçi”də başlayan 49 yaşlı mütəxəssis ilk qələbəsini bu komanda ilə əldə edib. 2006-cı il avqustun 6-da onun komandası “Gənclərbirliyi” ilə çempionatdakı ev matçında 6:1 hesablı qələbəyə sevinib. Qurbanov 15 illik baş məşqçi karyerasında üç komandada işləyib.

O, “Neftçi” ilə 25, “Qarabağ”la 321, Azərbaycan milli komandası ilə 4 qələbənin sevincini yaşayıb.

Qeyd edək ki, “Qarabağ” “Neftçi”ni 4:0 hesabı ilə üstələyib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu