Xəbərlər

Rusiya ÇƏTİN VƏZİYYƏTDƏDİR: Bağçalının Ərdoğana verdiyi xəritə reallaşa bilər


“Digər tərəfdən isə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar da onun xarici ticarətində ciddi problemlərin yaranmasına səbəb olur. Bu da birbaşa Rusiyanın daxili iqtisadi vəziyyətinə təsir göstərməkdədir. Bundan başqa iki ilə yaxındır davam edən Covid-19 pandemiyası nəticəsində Rusiya iqtisadiyyatına təqribən 100 milyard dollardan artıq ziyan dəyib ki, bu da iqtisadiyyatı sanksiyalar altında olan dövlət üçün kifayət qədər böyük rəqəmlər hesab edilir. Artıq Rusiya daxilində mövcud olan subyektlər vəziyyətin ciddiliyini anlamağa başladıqları görünməkdədir. Məhz buna görə də vəziyyətdən istifadə edərək özlərinin müstəqil davranışlarını müəyyənləşdirməyə çalışırlar”.

Samir Hümbətov onu da bildirdi ki, əgər pandemiya və Rusiya iqtisadiyyatına qarşı tətbiq edilən sanksiyalar uzun müddət davam edərsə, ən böyük təsir məhz Rusiya iqtisadiyyatına olacaq ki, nəticədə daxili narazılıq və mərkəzdənqaçma meylləri güclənə bilər. Bu da Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi xəritənin reallaşmasını sürətləndirə bilər.

Gülbəniz Hüseynli / BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu