Xəbərlər

Rusiya hərbi bazasının komandiri son döyüşlərdə ermənilərə KÖMƏK ETMƏK İSTƏYİB


“Noyabrın 16-dakı son döyüşlər zamanı Sünikdə(Sönük – Qərbi Zəngəzur-S.L.) mayordan yuxarı rütbəli hərbçilərin qaynar nöqtələrdəki postlara qalxmasına icazə verilməyib”.

BEY.AZ xəbər verir ki, Ermənistanın “Hrparak” nəşri yazır ki, bu məlumatı iki müxtəlif vəzifədə olan hərbçilər də təsdiqləyərək əlavə ediblər ki, Müdafiə Nazirliyinin xüsusi təyinatlı alayının zabitləri, eləcə də xarici kəşfiyyatlar döyüş əməliyyatlarının ən həlledici məqamında mövqelərə yüksəlməyə cəhd edərkən, onlara qadağa qoyublar. Məlumata görə, onlara bu əmrin yeni təyin olunmuş müdafiə naziri Suren Papikyanın əmri olduğunu deyilib.

Nəşr eyni zamanda döyüşlər zamanı Rusiyanın Azərbaycanla sərhəddəki birləşməsinin komandirinin də əməliyyatlara müdaxiləsinə icazə verilmədiyini iddia edib.

Artıq məlumdur ki, hökumət Ermənistanda yerləşən 102-ci hərbi bazanın dəstəyindən imtina edib və Sünikdəki hərbi bazanın ikinci korpusunun komandiri Qorin yerindəcə dəstək vermək istəyəndə ona da imkan verilməyib. Maraqlıdır ki, dünən Nikol Paşinyan NA tribunasından atəş açmamaq əmri verə bilməyəcəklərini, “belə əmr verməmək dövlətə xəyanətdir” deyə açıqlama verib.

Amma yayılan iddialara baxmayaraq, Ermənistan Müdafiə Nazirliyi guya mayordan yuxarı rütbəli erməni hərbçilərin qaynar nöqtələrdəki postlara qalxmasına icazə verilməməsi haqda məlumatı təkzib edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu