Xəbərlər

Rusiya mədənində qəza: 52 nəfər öldü


Xəbər verdiyimiz kimi, bu gün Moskva vaxtı ilə saat 04.30-da Kemerovo vilayətinin “Listvyajnaya” mədənində qəza baş verib.

BEY.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.

Qəzadan sonra onlarla şaxtaçının taleyi naməlum olaraq qalır.

Regional hakimiyyət orqanlarının məlumatına görə, mədəndə 285 nəfər olub, onlardan 239-u səthə çıxarılıb. Ümumilikdə 49 şaxtaçı yaralanıb, 37 nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumatda bildirilirdi ki, hadisə nəticəsində 11 nəfər həlak olub.

Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu