Xəbərlər

Rusiya Soçi görüşündən nə gözləyir?


Soçi görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün perspektivli istiqamətləri müəyyən etmək mümkün olacaq.

BEY.AZ xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Rusiya tərəfi gözləntləri barədə danışarkən bildirib.

Onun sözlərinə görə, Rusiya istəyir ki, regionda çoxdan gözlənilən sülh və sabitliyin daha tez bərqərar olsun

“Görüş bütövlükdə 10 noyabr 2020-ci il tarixində üçtərəfli atəşkəs sazişinin imzalanmasından sonra ötən ilin müəyyən nəticələrinə yekun vurmaq, sülh prosesinin irəliləməsi üçün nələrin edildiyini və bundan sonra nələrin edilə biləcəyini görmək məqsədi daşıyır. Ümid edirik ki, bu görüşdə sazişi imzalayan üç ölkənin liderləri perspektivli istiqamətləri açıqlayacaqlar. Qarabağ regionunda nizamlanma prosesində hələ də hamıya məlum olan problemlər var. Bunlar həm də nəqliyyat kommunikasiyalarının bloklanmasına, ErmənistanAzərbaycan sərhədinin delimitasiyasına aiddir”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu