Xəbərlər

Rusiya və Belarus tennisçiləri bu turnirə buraxılmayacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


RusiyaBelarus tennisçiləri Uimbldon turnirinə buraxılmayacaq.

BEY.AZ xəbər verir ki, bu barədə Böyük Britaniya Tennis Assosiasiyası rəsmi qərar qəbul edib.

Qurum iyunun 27-də start götürəcək yarışadək qərarının dəyişdirilə biləcəyini də istisna etməyib. Qeyd edək ki, bu günə qədər ATP və WTA təşkilatları rusiyalı tennisçilərin neytral statusda çıxışına icazə vermişdi.

İngiltərənin nüfuzlu “Daily Mail” nəşri bu qərarla bağlı maraqlı informasiya əldə edib. Mənbənin yazdığına görə, qərarın arxasında Böyük Britaniya Kral ailəsi durur. Onlar yarışın əsas favoritlərindən olan Daniil Medvedevin ali mükafatı qazana biləcəyindən çəkindiyinə görə yerli tennis assosiasiyasına belə bir göstəriş verib. Mötəbər turnirin qaliblərinə t**ulu məhz Kral ailəsinin üzvü təqdim edir.

Adətən belə məsələlərdə təşkilatçılarla həmrəylik nümayiş etdirən ATP və WTA bu dəfə fərqli mövqedədir. Onlar yaydıqları bəyanatda Böyük Britaniya Tennis Assosiasiyasının qərarını ədalətsiz adlandırıblar.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu