fbpx
Xəbərlər

“Rusiyanın daha 8 təyyarə, 3 helikopter və 4 PUA-sı məhv edilib”

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukrayna Müdafiə Nazirliyi cəbhə bölgəsindəki son durumla bağlı operativ məlumat yayıb.

Metbuat.az xəbər verir ki, rəsmi informasiyaya əsasən, son sutkada Rusiya qoşunlarının hər bir istiqamətdə hücumları dəf edilib: “Bəzi ərazilərdə qoşunlarımız uğurlu əks-hücum əməliyyatları keçirir. Qarşı tərəf məkrli şəkildə raket və bombalardan istifadə edir”.

Ötən gün ərzində Donetsk və Luqansk istiqamətlərində Rusiya qüvvələrinin 7 hücumu dəf edilib. “12 tank, 10 piyadaların döyüş maşını, 3 motorlu texnika məhv edilib. Həmçinin 8 təyyarə, 3 helikopter, 4 PUA, 2 qanadlı raket vurulub”.

Qeyd edək ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 34-cü günüdür.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu