Xəbərlər

“Səbail” klubunun baş məşqçisi sərt cəzalanıb



AFFA İntizam Komitəsi “Səbail” klubunun futbolçusu Nikolas Rayseli 4 oyunluq cəzalandırıb.

bey.az xəbər verir ki, buna fransalı hücumçunun səfərdə “Sumqayıt“a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur matçında aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılması səbəb olub.

Komandanın baş məşqçisi Aftandil Hacıyev isə həmin görüşdə hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyunluq diskvalifikasiya edilib. Klub isə hər iki şəxsə görə ümumilikdə 7 200 manat cərimələnib.

Bundan başqa, oyun ərzində hesab tablosunun işləkliyi təmin edilmədiyi üçün meydan sahibi klub 800 manat ziyana düşüb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu