Xəbərlər

Səməd Seyidov amerikalı diplomatla görüşdü


Dekabrın 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirlinin müvəqqəti işlər vəkili Maykl Dikerson ilə görüşüb.

Bu barədə BEY.AZa Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Səməd Seyidov qonağı səmimi salmayaraq Azərbaycanın ABŞ ilə münasibətlərə önəm verdiyini qeyd edib, parlamentlərimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrindən söz acıb.

Komitə sədri bildirib ki, bu yaxınlarda ABŞ-da səfərdə olub, ABŞ-Azərbaycan parlamentlərarası əlaqələrinin genişləndirilməsi üçün Konqres Nümayəndələri ilə bir sıra görüşlər keçirib.

Azərbaycanda söz azadlığının təmin olunduğunu vurğulayan komitə sədri bildirib ki, ölkəmizdə media azaddır. Vətəndaşların internet resurslarına, sosial şəbəkələrə azad çıxışı təmin edilib. Milli Məclisin fəaliyyətindən danışan komitə sədri parlamentdə müasir dövrün tələblərinə cavab verən yeni qanunların qəbul edildiyini, yeni “Media haqqında” qanun layihəsinin hazırlanmasında da beynəlxalq təcrübəyə istinad olunduğunu, medianın azadlığının qorunmasına diqqət yetirildiyini söyləyib.

Görüşdə “Media haqqında” qanun layihəsi barədə məlumat verən Səməd Seyidov bildirib ki, dövlətimiz söz və mətbuat azadlığı ilə bağlı məsələlərə hər zaman böyük diqqət yetirib. Bildirib ki, “Media haqqında” qanun layihəsinin ölkənin bir sıra media qurumlarının və aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəsi keçirilib.

Söhbətdə Səməd Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfəri çərçivəsində keçirdiyi səmərəli görüşlərdən danışıb, bu səfərin Azərbaycanın haqlı mövqeyinin ifadəsi ilə yanaşı, həm də aktuallığı ilə diqqət çəkdiyini söyləyib.

Görüşdə iştirak edən ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Niqar Arpadarai Azərbaycanın tarixi Zəfəri, regionda sülhün və əmin-amanlığın təmin edilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.

ABŞ-ın Azərbaycandakı səfirlinin müvəqqəti işlər vəkili Maykl Dikerson Brüssel Sammitinin və keçirilən görüşlərin çox səmərəli olduğunu və region üçün müsbət addımların atıldığını vurğulayıb.

Görüşdə qonağı media sahəsinə aid maraqlandıran suallar cavablandırılıb.

Söhbət zamanı müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi, parlamentlərarası əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu