Xəbərlər

Sabirabadda 34 yaşlı kişi itkin düşüb


Sabirabadda 34 yaşlı kişi 6 aydır itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BEY.AZ-a verilən məlumata görə, rayon sakini Xəyal Həsənov bu ilin iyun ayında Şirvan şəhərində qonaq olduğu evdən çıxıb və bir daha onunla əlaqə yaratmaq mümkün olmayıb.

Xəyal Həsənovun əlamətləri belədir: boyu 170 sm., arıq bədən quruluşlu, qara seyrək saçlı, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə (+9942121) 5-28-02 şəhər və (+99455) 527-57-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəyal Həsənov





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu