Xəbərlər

Şimali Koreya ölkənin gələcəyini müzakirə edir

BEY MEDIA İnformasiya agrnti xəbər verir


Şimali Koreyada gələcəyin yol xəritəsini müəyyən etmək üçün toplantı keçirilir.

BEY.AZ xəbər verir ki, qapalı toplantı zamanı həm keçmişdəki siyasi həmlələr və layihələrin nəticələri nəzərdən keçiriləcək həm də gələcəkdə atıla biləcək addımlar müəyyənləşdiriləcək. Məlumata görə, müzakirələrdə ölkə lideri Kim Çen In da iştirak edir. Lakin onun çıxışı barədə açıqlama verilməyib. Ötən gün başlayan toplantının neçə gün davam edəcəyi məlum deyil.

Ölkə mətbuatında “mühüm” adlandırılan toplantının Kim Çen Inın hakimiyyətdə olmasının 10-cu ilini qeyd etdiyi ərəfəyə təsadüf etməsi diqqət çəkir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu