Xəbərlər

Sumqayıtda toya gedən koronavirus xəstəsi aşkarlanıb



Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi şəhər ərazisində yerləşən restoranlardan birində keçirilən toy mərasimində iştirak etmək istəyən zaman onun qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən bey.az-a verilən məlumata görə, toyda iştirak edən digər şəxslərin həyatını təhlükə altına qoyan Sumqayıt şəhər sakini N.Yarmətova COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

N.Yarmətova barəsində Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

01.jpg





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu