fbpx
Xəbərlər

Sürücü narkotikin təsiri altında qəza törətdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Narkotik vasitənin təsiri altında avtomobil idarə edərək qəza törədən şəxs həbs olunub.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, rayon sakini Nurlan Qurbanov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər ərazisində qəza törədərək hadisə yerindən yayınıb. Qəza nəticəsində xəsarət alan olmayıb, avtomobillərə isə ziyan dəyib.

N.Qurbanovun olduğu yer müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun narkotik vasitə qəbul etdiyi məlum olub. N.Qurbanov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və qərara əsasən 30 gün müddətinə inzibati qaydada həbs edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu