Xəbərlər

Tələbə kreditinin geri qaytarılması zamanı verilən möhlətin şərtləri açıqlandı


Təhsil Nazirliyi təhsil tələbə kreditlərinin (TTK) geri qaytarılması zamanı verilən möhlətin şərtlərini açıqlayıb.

BEY.AZ xəbər verir ki, təhsil nazirinin müavini İdris İsayev TTK-nin verilməsi ilə bağlı keçirilən brifinqdə kreditlərin qaytarılması zamanı möhlət veriləcəyinin mümkün olduğunu deyib.

Onun sözlərinə görə, TTK dövründə aşağıdakı hallar baş verərsə, kreditin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır:

– Yuxarı təhsil səviyyəsində əyani təhsil

– həqiqi hərbi xidmət

– məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlşadırılması),

– işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət

– sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluq müddəti

Nazir müavini bildirib ki, möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv ediləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu