Xəbərlər

Tolik Nadirin oğlunun toyuna BUNA GÖRƏ GETMƏYİBMİŞ: O simasızı görməmək üçün…


Prodüser-aparıcı Tarix Əliyev müğənni Nadir Qafarzadənin oğlunun toyuna dəvətli olunsa da, getmədiyini açıqlayıb.

BEY.AZ axşam.az-a istinadla xəbər verir ki, prodüser bu haqda “Tarixin bir günü” proqramında danışıb. O bildirib ki, toya çağırılan bəzi xanım ifaçılara görə məclisə qatılmayıb:

“Süni insanları görmək istəmirəm. Çox sevdiyim, xanımına hörmət bəslədiyim Nadir Qafarzadənin oğlunun toyu oldu. Orada həm qonaq kimi olmalı idim, həm də bəzi təşkilati işləri görməliydim. Amma orada simasız, xanım adına layiq olmayan insanları görməmək üçün getmədim. Hətta, ən yaxın dostumu da buna görə sildim. Ya dostumun dostu, düşmanımın düşmanı olacaqsız, ya da yanımda olmayacaqsınız”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu