Xəbərlər

Tonlarla qızılı heç kimin ağlına gəlməyən yerdə gizlədiblər

BEY.AZ informasiya agentliyi xəbər verir


Polşada “Silesian Birdge” adlı qızılaxtaranlar qrupu faşistlərə aid olduğu bildirilənxəzinə tapıblar.

BEY.AZ xəbər verir ki, qızılaxtaranlar faşist hərbçinin gündəliyindəki qeydlər əsasında xəzinənin yerini müəyyənləşdiriblər. Məlumata görə, tapılan qızılın çəkisi 4 tondur. Lakin araşdırmalar nəticəsində məlum olub ki, qızıl başqa metallara qarışıb.

Qızılın digər metallardan ayrılması üçün rəsmi dairələrin icazəsi gözlənilir. Məlumata görə, xəzinənin tapıldığı yer evin baxçasında yerləşir. Güman edilir ki, Hitlerin əsgərləri xəzinənin SSRİ ordusunun əlinə keçməsinə mane olmaq üçün 1939-cu ildə qızılı torpağın 1 metr yarım altında gizlədib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu