Xəbərlər

Toplanışa cəlb edilən hərbi vəzifəlilər tapşırıqları müvəffəqiyyətlə icra edir



Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən bey.az-a verilən məlumata görə, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaq məqsədilə keçirilən toplanışda müxtəlif tapşırıqlar yerinə yetirilib.

Tapşırıqların icrası zamanı hərbi vəzifəlilər hərbi xidmətdə qazandıqları döyüş vərdişlərini və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda silahlanmaya yeni qəbul edilmiş müasir silah, hərbi texnika və avadanlıqlardan istifadə qaydalarını mənimsəyirlər.

Təlim toplanışı noyabrın 6-dək davam edəcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu