Xəbərlər

Türk dövlətlərindən ibarət hərbi ittifaq yaratmaq istəyir

BEY MEDIA İnformasiya agenti xəbər verir


“Faktiki olaraq görürük ki, Türkiyə KTMT-nin hərəkətlərinə reaksiya verir, yavaş-yavaş Türk Dövlətləri Təşkilatını KTMT, NATO kimi hərbi-siyasi ittifaqa çevirməyə çalışır”.

BEY.AZ Ordu.az-a istinadən xəbər verir ki, bunu erməni türkşünas Ruben Safrastyan deyib. Onun sözlərinə görə, strateji baxımdan Türkiyə və Rusiya rəqibdir. “Məsələn, Ukraynada, Mərkəzi Asiyada bu, yaxşı görünür. Rusiya və Türkiyənin olduğu yerdə Türkiyə Rusiyanın hesabına öz mövqelərini gücləndirməyə qərar verir”, – deyə Safrastyan bildirib.

Erməni türkşünas vurğulayıb ki, Türkiyə bəzi hallarda uğur qazanır, bəzi hallarda ruslar buna qarşı mübarizə aparırlar. Safrastyan əlavə edib ki, bu iki ölkə təbii rəqibdir və onlar arasında münaqişə davam edəcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu