Xəbərlər

Türk Şurası ölkələrinin baş prokurorları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər



Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin baş prokurorları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

bey.az xəbər verir ki, Türkiyə, Azərbaycan, Özbəkistan və Qırğız Respublikalarının Baş prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə də çiçəklər düzülüb.

Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş prokurorları Şurasının ilk iclası keçiriləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu