fbpx
Xəbərlər

Türkiyə ordusu 52 terrorçunu məhv etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyə ordusu PKK/YPG-nin Karkamış rayonu və Köprübatı Sərhəd Məntəqəsinə təşkil etdiyi hücumun ardından “cəza atışları” nəticəsində 52 terrorçunu zərərsizləşdiriib.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb. Terror təşkilatının Karkamış mərkəzinə və sərhəd məntəqəsinə təşkil etdiyi hücumdan sonra başlanılan əməliyyatın təfərrüatı məlum olub. Bildirilib ki, bir əsgər şəhid olub, üç əsgər və bir qadın yaralanıb.Qeyd olunub ki, terror təşkilatı əvvəlcə Karkamış qəsəbəsinə minaatan hücumu həyata keçirib. Mülki əhaliyə edilən bu hücumdan sonra terrorçular uzaqdan Köprübati sərhəd həbsxanasını hədəfə alıblar.

Sözügedən hücumlardan sonra özünümüdafiə məqsədilə Türkiyə Silahlı Qüvvələri tərəfindən cəza atəşləri həyata keçirilib. Quru Qoşunları Komandanlığına aid atəş dəstəyi maşınları Fəratın şərq və qərbində terrorçuların hədəflərinə intensiv atəşə açıblar. Aralarında Silahlı Pilotsuz Uçuş Aparatlarının da olduğu atəşə dəstək maşınları, həmçinin, fırtına haubitsaları ilə terrorçuların sığınacaqlarını hədəfə aldığı atışma sonunda ümumilikdə 52 terrorçu zərərsizləşdirilib. Terrorçulara məxsus sığınacaq və mövqelər də daxil olmaqla, 60-a yaxın hədəf məhv edilib. Terrorçuların hədəflərinə qarşı atışmaların davam etdiyi bildirilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu