Xəbərlər

Ukrayna Ərdoğanın vasitəçilik təklifinə müsbət yanaşır


Rəsmi Kiyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın RusiyaUkrayna gərginliyi ilə bağlı vasitəçilik təklifinə müsbət yanaşır.

BEY.AZ xəbər verir ki, bu barədə Ukrayna Xarici işlər naziri Dmitri Kuleba açıqlama verib. O bildirib ki, Ukrayna müharibə təhlükəsini aradan qaldıracaq səyləri dəstəkləyir.

Qeyd edək ki, Rusiya təklifi qəbul etməyib. Kremlin mətbuat katibi Dmitriy Peskov bildirib ki, o, Rusiya və Ukraynanın Türkiyə vasitəçiliyi ilə bir araya gəlməsinin Ukraynanın şərqindəki problemin həllinə kömək edəcəyinə inanmır: “Məsələ budur ki, Rusiya Donbasda problemin tərəflərindən deyil. Böhranın tərəfi Kiyev və Ukraynanın şərqində təktərəfli müstəqilliyini elan edən respublikalardır”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu