Xəbərlər

ÜST həyəcan təbili çaldı: “Daha bir “qasırğa” yaxınlaşır”


Daha bir “qasırğa” yaxınlaşır.

BEY.AZ xəbər verir ki, bu barədə ÜST-ün Avropa Regional Bürosunun rəhbəri Hans Kluge Milad bayramları öncəsi epidemik vəziyyəti təsvir edərkən deyib. Onun sözlərinə görə, Danimarkada “Omikron” ştammı dominant olub, Fransada isə aşkar edilmiş koronavirus infeksiyalarının beşdə birini təşkil edir.

“Gələcək həftələrdə “Omikron” Avropa ölkələrinin əksəriyyətində üstünlük təşkil edəcək. Bu isə onsuz da həddindən artıq yüklənmiş səhiyyə sisteminin işini daha da ağırlaşdıracaq”, – deyə Hans Kluge bildirib.

Qeyd edək ki, getdikcə daha çox dövlət yeni məhdudiyyətlər tətbiq edir və sanitar keçidləri sərtləşdirir.

Portuqaliyada barlar və diskotekalar iki həftəlik bağlanır, uzaqdan iş, mədəni və idman tədbirlərində iştirak üçün PCR testləri məcburiləşib. Mağazalarda müştərilərin maksimum sayı müəyyən edilir.

Dekabrın 21-də İspaniya yoluxma ilə bağlı anti-rekordunu təzələyib: bir sutkada 49 823 hadisə. Barselona rəhbərliyi dekabrın 24-dən komendant saatı tətbiq etmək niyyətindədir.

Fransa hökuməti ölkədə peyvənd keçidlərinin tətbiqi üçün qanun layihəsinin hazırlanmasını sürətləndirir. Onlar sanitar keçidlərini əvəz edəcək və PCR testlərinin nəticələrini nəzərə almayacaq.

Almaniyada dekabrın 28-dən etibarən bütün idman tədbirləri qapalı qapılar arxasında keçiriləcək. Kansler Olaf Şolz həmyerlilərini Milad və Yeni il tədbirləri üçün 10-dan çox adam toplamamağa çağırıb.

Böyük Britaniya isə qonşularından fərqli olaraq, sərt məhdudiyyətlər tətbiq etməmək qərarına gəlib. Boris Conson bunun üçün kifayət qədər səbəb olmadığını deyib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu