Xəbərlər

Xanım Yadigarlı “Xəzər TV”dən ayrıldı: Yeni iş yerini açıqladı

BEY.AZ informasiya agentliyi xəbər verir


Tanınmış teleaparıcı Xanım Yadigarlı “Xəzər TV”dən ayrılıb.

BEY.AZ xəbər verir ki, bu barədə teleaparıcı özü məlumat verib. O, fəaliyyətinə “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi”ndə davam edəcək:

“11 ilini geridə qoyduğum bir yol başa çatdı. Böyük bir təsadüf televiziyanı həyat tərzimə çevirmişdi. 17 yaşımı ANS-də tamamlamışam. Həyatımda baş verən əksər önəmli günlər, bayramlar, qoşa tarixləri, doğum günləri, pandemiya həyəcanı, 44 günlük Vətən müharibəsini iş başında keçirmişəm. Bu yolda “ANS TV”-də müxbir, prodüsser, aparıcı, baş redaktor, “ANS ÇM”-də dj, “Xəzər FM” və “Araz FM”-də , “Xəzər Xəbər”də xəbər aparıcısı çalışmışam.

2020-ci ildə Prezidentdən müsahibə alan jurnalistlər siyahısında olmaq şərəfinə nail olmuşam. Son iş yerim “Xəzər Media Mərkəzi”ndən şəxsi ərizəmlə ayrıldım. Orada çalışan zəhmətsevər, peşəkar, vicdanlı dostlarımın xətri çox əzizdir”,- deyə teleaparıcı qeyd edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu