fbpx
Xəbərlər

Xaricdə təhsil almış 90 nəfərin diplomu tanınmayıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Aprel ayı üzrə 360 müraciətçinin 270-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 90 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Metbuat.az-a verilən xəbərə görə, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 42, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 25, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 128, Rusiya Federasiyasından 77, Ukraynadan 69, Gürcüstandan 23, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 15, digər ölkələrdən isə 48 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 39, iqtisadiyyat üzrə 30, biznesin idarə edilməsi 24, tibb 20, menecment üzrə 18 nəfər müraciətçi qeydə alınıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu