Xəbərlər

Yaşayış minimumu 210 manata qaldırıldı



2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği artırılır.

bey.az xəbər verir ki, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləğinin 210 manat müəyyən edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği 196 manat olub.

Qeyd edək ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinin ilkin variantında 2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 205 manat müəyyən edilmişdi.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu