Xəbərlər

Yeni layihələrlə bağlı yol xəritəsi üzərində iş gedir


“Noyabrın 28-də Aşqabadda keçirilmiş görüş hazırkı dövrdə ölkələrimiz arasında münasibətlərdə xüsusi önəm daşıyır”.

BEY.AZ xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla keçirilən görüşdən sonra təşkil olunan brifinqdə deyib.

Nazir qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında əməkdaşlığa dair müqavilələr imzalanıb:

“Bugünkü görüşdə ikitərəfli əlaqələrin inkişafı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlı və digər mövzularda müzakirələr apardıq”.

C.Bayramov bildirib ki, Azərbaycanla İran arasında iqtisadi ticarət əlaqəsi böyük önəm kəsb edir:

“2021-ci ilin 10 ayı ərzində ölkələrimiz arasında iqtisadi ticarət sahəsində artım qeydə alınıb”.

Ölkələrimizin həyata keçirdikləri birgə layihələrdən söz açan nazir “Xudafərin” və “Qız qalası”, “Ordubad” su elektrik stansiyalarının inşasını, Astaraçay üzərində körpünün tikilməsini, İran-Azərbaycan-Rusiya dəhlizinin daha da təkmilləşdirilməsini, Neftçalada birgə avtomobil istehsalı zavodunun işə salınmasını misal gətirib.

XİN rəhbəri vurğulayıb ki, İranda yeni hökumət formalaşdıqdan sonrakı bir neçə ay ərzində bir sıra yeni layihələr barədə konkret icraatlar var:

“Aşqabadda Türkmənistan qazının İran ərazisindən keçməsi barədə müqavilə buna nümunədir. Ən önəmlisi isə yeni layihələrlə bağlı yol xəritəsi üzərində iş gedir”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu