Xəbərlər

Yeni türk pasportlarında ŞOK DETAL var / FOTO

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyənin yeni pasportlarının dizaynı Yunanıstanda etirazlara yol açıb.

BEY.AZ xəbər verir ki, Yunanıstan mediası yeni sənədlərin üzərində Ayasofiya məscidinin yer almasını Türkiyənin güc nümayişi kimi təqdim edib. Məsələ barədə Yunanıstanın nüfuzlu media qurumları olan SKAİ TV və Kathimerini qəzetində məlumatlar dərc olunub. Yunan mediası yazır ki, Ayasofiya ilə bağlı Türkiyəyə qarşı təzyiqlər nəticə verməyib. Yunanlar bu məsələdə Prezident Rəcəb Tayyib Ərdoğanın qəti mövqeyinə diqqət yönəldib. “Bu, Türkiyənin ən böyük meydan oxumasıdır. Ayasofiya pasportlarda məscid olaraq yer alacaq” – yunan mediası yazıb. Yeni sənəd yaxın aylarda istifadəyə veriləcək.

Qeyd edək ki, pasportun üzərində Ayasofiya məscidi ilə yanaşı Topqapı sarayı və birinci məclis binasının görünüşü yer alıb. İstanbulda yerləşən Ayasofiya əvvəllər provoslav kilsəsi olub. Daha sonra isə məscidə çevrilib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu