fbpx
Xəbərlər

“Yerli erməni əhalisi normal həyat istəyirsə, qanunlarımıza tabe olsunlar”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Əgər yerli erməni əhalisi davamlı qaz, su, yol və normal həyat istəyirsə, bunun da tək yolu Azərbaycan pasportu daşımaqla qanunlarımıza tabe olmaqdan və ərazidəki silahlıları oralardan çıxarılmasını tələb etməkdən ibarətdir”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı hərbi ekspert Ədalət Verdiyev edib. Ekspert bildirdi ki, Naxçıvana Mehridən keçəcək qaz xəttini Ermənistan daha erkən bərpa edərsə, bundən sonra Azərbaycan da Qarabağa gedən qaz xəttinin taleyinə daha uzunmüddətli aydınlıq gətirə bilər.

“Ümumiyyətlə bu məsələlərin həlli Qarabağ və Ermənistan sakinlərindən daha çox asılıdır. Ukrayna da daxil olmaqla, dünyanın 80-dən çox ölkəsinə yardım edən Azərbaycan, nə qədər yolunu azmış olsalar belə, Qarabağdakı cinayət törətməyən ermənilərin qayğısına qalacaq. Yetər ki, rus sülhməramlıları və Ermənistan tərəfi həmin ərazilərdən erməni silahlıları (yəni kimliyindən asılı olmayaraq əlində silah tutan istənilən ermənini) və texnikaları həmin ərazidən çıxarsın, cinayət törədən seperatçıları Azərbaycana təslim etsin, sərhədləri təyin edilməsi ilə paralel şəkildə sülh sazişinin hazırlanmasına başlasın. Bu baş verməyənə qədər nə Ermənistandakı, nə də Qarabağdakı rəhbərlər rahat nəfəs almayacaq. Bunun isə mənfi təsirlərini həm yerli əhali, həm də rus sülhməramlıları hiss edəcək”.

Ədalət Verdiyev onu da qeyd etdi ki, kimsə Azərbaycan qanunlarından özünü yuxarıda və Azərbaycan torpaqlarında özünü olduğundan böyük görməli deyil. Əgər buna kimsə cəhd edərsə, onun himayədarlarına Azərbaycan tərəfi layiqli cavab verəcəkdir.

Məlumat üçün bildirək ki, son günlərdə Qarabağda baş verənlərə reaksiya verməyən Ermənistan səssizliyini pozaraq növbəti dəfə Azərbaycanın daxili işlərinə müdaxiləyə cəhd edirlər. Baş verənlərlə bağlı Azərbaycan XİN Ermənistan XİN-in bölgədəki vəziyyətlə bağlı əsassız bəyanatına dair açıqlamasında qeyd edib ki, Ermənistan tərəfi məsələni süni şəkildə şişirdərək dezinformasiya ilə məşğuldur.

“Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, bölgədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı isteriyaya əsas yoxdur. Ermənistan tərəfi isə məsələni süni şəkildə şişirdərək dezinformasiya ilə məşğuldur.

Bölgədə bir neçə gün ərzində ağır hava şəraiti ilə əlaqədar qaz xətlərində yaranan texniki problemlərə gəldikdə isə, Ermənistanın vəziyyətdən siyasi manipulyasiya aləti kimi istifadə etmək niyyəti göz qarşısındadır Hazırda bölgədə sülh və sabitliyin təmin ediməsinin yeganə yolu imzalanmış birgə bətanatların müddəalarının tam icrası, o cümlədən erməni qanunsuz birləşmələrinin qalıqlarının bölgədən tam çıxarılması və beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşmasından ibarətdir. İndi siyasi manipulyasiya yox, real işlə məşğul olmaq zamanıdır”,- deyə XİN vurğulayıb.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu