fbpx
Xəbərlər

Azərbaycan Premyer Liqası: “Qarabağ”dan rekord göstərici

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ” 2021/22 mövsümündə 10-cu dəfə böyük hesabla qələbə qazanıb.

Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XVI turdan təxirə salınan “Sumqayıt”la matçda gerçəkləşib. 5:0 hesabı ilə qalib gələn kollektiv əvvəlki 25 matçda 9 dəfə üç və ya daha çox top fərqilə üstün olub.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Premyer Liqadakı bütün rəqibləri ilə görüşlərdə belə qələbə əldə edib. “Qarabağ” “Neftçi” (4:0), “Zirə” (3:0), “Qəbələ” (5:1), “Sabah” (5:1) və “Şamaxı”nı (8:0) bir, “Səbail”i (3:0, 5:1) iki, “Sumqayıt”ı (4:0, 3:0, 5:0) üç dəfə böyük hesabla üstələyib.

Bu, son 8 mövsümün rekord göstəricisidir. Daha çox böyükhesablı qələbəyə sonuncu dəfə 2013/2014 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 11 belə nəticəyə imza atıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu