fbpx
Xəbərlər

Azərbaycanın voleybol millisi Avropa çempionatına hazırlığı başa vurub

BEY.AZ informasiya agentliyi xəbər verir

22 yaşadək kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II təsnifat mərhələsinə hazırlığı başa vurub.

Federasiyadan Metbuat.az-a verilən məlumata görə, aprelin 29-da Bakıda başlayan təlim-məşq tolanışı Türkiyədə yekunlaşıb.

Eldar Əliyevin baş məşqçi olduğu kollektiv paytaxt Ankarada yerli yığma ilə yoxlama oyunları keçirib. “Ay-ulduzlular”la keçirilən hər iki görüşdə rəqib qələbə qazanıb.

Qeyd edək ki, Avropa çempionatının II təsnifat mərhələsi 20 – 22 mayda Kosovoda keçiriləcək. Azərbaycan millisi Türkiyədən birbaşa sözügedən ölkəyə yollanacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu