fbpx
Xəbərlər

Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN

BEY.AZ informasiya agentliyi xəbər verir



Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən dördotaqlı mənzilin eyvanında baş verdiyi müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanın operativ tətbiqi sayəsində yanğın genişlənərək mənzilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 105m² olan mənzilin eyvanında soyuducu, kondisioner, qaz sobası və plastik pəncərə çərçivəsi yanıb, yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı deformasiya edib. Mənzilin otaqları yanğından mühafizə edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Bakıda #çoxmərtəbəli #yaşayış #binasında #YANĞIN

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu