fbpx
Xəbərlər

Bakıda ilk dəfə beynəlxalq piano festivalı təşkil ediləcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Mayın 20-dən 27-dək Mədəniyyət Nazirliyinin dəstəyi ilə paytaxtımızda ilk dəfə Birinci Bakı Beynəlxalq Piano Festivalı keçiriləcək.

Metbuat.az xəbər verir ki, festivalda bütün janrları özündə cəmləşdirən 15-ə yaxın konsert nəzərdə tutulur.

Qeyd edilib ki, festivalda caz, flamenko, tanqo, klassik və müasir musiqilər daxil olmaqla, bir çox yerli və dünya musiqisi inciləri səslənəcək. Həftənin hər günü musiqisevərlər klassikdən caza qədər müxtəlif janrlarda konsertlərdən birini seçə bilərlər.

Festivalın təsisçisi və direktoru Əməkdar artist Şahin Növrəslidir.

Festivalın proqramı https://bakupianofestival.com/ saytında təqdim olunur.

Biletlər artıq satışdadır və onlayn əldə etmək mümkdündür.

Biletlərin qiyməti keçiriləcək məkan və konsertdən asılı olaraq dəyişir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu