fbpx
Xəbərlər

Cəlilabadda evlərdən oğurluq edən şəxs saxlanıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Həmkəndlilərinin evindən oğurluq edən Cəlilabad sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Cəlilabad rayonunun Türkelli kəndində yerləşən evlərdən birindən 1 290 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Türkelli kənd sakini Ə.Hüseynov saxlanılıb. Araşdırmalarla onun digər bir həmkəndlisinin evindən 1 000 manat dəyərində məişət əşyaları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu