fbpx
Xəbərlər

Gecə saat 5-də dopinqə görə məni yoxlayıblar

BEY.AZ informasiya agentliyi xəbər verir


“Demək olar ki, səhərə yaxın – gecə saat 5-də və oyun vaxtı da dopinqə görə gəlib məni yoxlayıblar”.

Metbuat.az xəbər verir ki, bunu “Report”a müsahibəsində “Zirə” klubunun futbolçusu Ruslan Abışov deyib.

Azərbaycan millisinin 35 yaşlı keçmiş müdafiəçisi 3 ilə yaxın Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) izlənən idmançısı olduğunu xatırladıb: “Dopinq dünya idmanında ciddi problemlər yaradır. AMADA 2016-cı ildən çox böyük işlər görüb. Qurumun üzvü kimi futbol sahəsinə bacardığım qədər kömək etməyə çalışıram. Bütün idmançılara təmiz qələbələr arzu edirəm”.

Təcrübəli oyunçu AMADA-nın “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” layihəsi barədə də danışıb: “AMADA-ya təşəkkür edirəm, belə gözəl tədbir təşkil ediblər. Burada iştirak edən hər kəsə minnətdaram. Əziyyət çəkiblər və belə vacib məsələləri işıqlandırırlar. Bu, gələcək nəsil üçün böyük addımdır”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu