fbpx
Xəbərlər

Gürcüstandan Azərbaycana psixotrop maddələrin gətirilməsinin qarşısı alınıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun idxal gömrük nəzarəti xəttinə Gürcüstandan daxil olan “Volvo” markalı nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual edilib.

Metbuat.az Komitəyə istinadən xəbər verir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin salonunda, oturacağın üzərində və sürücüyə məxsus pul qabının içərisində olan 5 ədəd bükümdə psixotrop maddə – metamfetamin aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar olunan psixotrop maddə – metamfetaminin çəkisi 6,708 qram təşkil edir.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu